Məktəb direktoru yol qəzasında öldü - Yenilənib

Məktəb direktoru yol qəzasında öldü - Yenilənib
  20 Fevral 2017    Oxunub:1984
Cəlilabadda baş verən ağır qəzada ölənlərin sayı 2 nəfərə çatıb.

Məlumata görə, bu gün Ələt –Astara yolunun 130 km-də, Qarəzəncir kəndi ərazisində “90 ZX 573” dövlət nömrə nişanlı yük maşını ilə BMV markalı “90 FX 557” markalı minik avtomobilinin toqquşması nəticəsində ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Ölənlər “BMW”nin sürücüsü və sərnişini - Cəlilabad rayon Ocaqlı kənd sakinləri Mirəhməd Ağayev və Şakir Babayevdir. Mirəhməd Ağayev Ocaqlı kənd orta məktəbinin direktoru olub. Yük maşınının sürücüsü və yanındakı sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

***
(19:09)

Cəlilabadda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Ələt-Astara yolunun 130 km-də Qarəzəncir kəndində qeydə alınıb.

“90 ZX 573” dövlət nömrəli nişanlı yük maşını ilə BMV markalı “90 FX 557” markalı minik avtomobili toqquşub . Nəticədə bir nəfər hadisə yerində dünyasını dəyişib.

Ağır xəsarət alan digər şəxs xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

İlkin məlumata görə, ölənlər BMW-nin sürücüsü və sərnişinidir. Yük maşınının sürücüsü və yanındakı sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti