Məhəmməd Əlinin oğlu saxlanıldı

Məhəmməd Əlinin oğlu saxlanıldı
  25 Fevral 2017    Oxunub:1827
Əfsanəvi boksçu Məhəmməd Əlinin oğlu Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən Florida hava limanında saxlanılıb.
AzVision.az “Miami New Times”-a istinadən xəbər verir ki, hadisə fevralın 7-də Məhəmməd Əli (oğul) anası Xəlilə Əli ilə Yamaykadan Floridaya gələrkən baş verib.

Məlumata görə, 44 yaşlı Məhəmməd Əli hava limanında 2 saat saxlanılıb, dindirilmə zamanı ondan iki dəfə dini mənsubiyyəti soruşulub.

Sabiq federal prokuror və ailənin üzvü Kris Mançini bildirib ki, Məhəmməd Əlinin kriminal keçmişi yoxdur, o, ABŞ vətəndaşıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti