Məhbuslar da səs verir

Məhbuslar da səs verir
  26 Sentyabr 2016    Oxunub:1343
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 14 seçki dairəsi üzrə 26 seçki məntəqəsi yaradılıb.
AzVision.az-ın məlumatına görə, bunu Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyib. Onun sözlərinə görə, artıq müəssisələrdə səsvermə başlayıb.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti