Medvedyev qorxulu anlar yaşadı - Video

Medvedyev qorxulu anlar yaşadı - Video
  26 Oktyabr 2016    Oxunub:7151
Rusiyanın baş naziri Dmitri Medvedyev Moskada keçirilən “Açıq innovasiyalar” forumunun iştirkçıları ilə birgə tədbirin keçirildiyi ərazidən təxliyə olunub.
AzVision.az TASS-a istinadən xəbər verir ki, forumda diskussiya zamanı aparıcı insanları təhlükəsizlik məqsədilə məkanı tərk etməyə çağırıb. İştirakçılar tədbirin keçirdiyi yeri tərk ediblər.

Tədbir iştirakçıları Federal Təhlükəsizlik Xidmətinin tövsiyəsi ilə zalı tərk ediblər. Zalda yanıq qoxusu hiss olunub. Təhlükəsizik xidmətinin əməkdaşlarından birinin sözlərinə görə, günbəzdə kabel alışıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti