Mədət Quliyevin işçiləri and içdi

Mədət Quliyevin işçiləri and içdi
  03 Mart 2015    Oxunub:1240
Penitensiar xidmətdə qulluğa qəbul olunmuş gənc əməkdaşlar and içiblər.
AzVision.az Ədliyyə Nazirliyi Penitensiar xidmətin saytına istinadən bildirir ki, martın 3-də xidmətdə orta rəis heyətinə qulluğa qəbul olunmuş 14 nəfər gənc əməkdaşın andiçmə mərasimi keçirilib.

Xidmətə qəbul olunanlardan 13 nəfəri müvafiq müsahibələrdən və müsabiqə komissiyasından uğurla keçən şəxslər, 1 nəfəri isə Penitensiar xidmətin kiçik rəis heyətindən orta rəis heyətinə xidmətə keçirilən əməkdaşdır.

Ədliyyə Akademiyasında icbari təlim kursunu başa vurmuş gənc əməkdaşlar ədliyyə orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, hüquq və vəzifələrini qərəzsiz, vicdanla, qanuna tam uyğun həyata keçirəcəklərinə, ədliyyə işçisinin şərəf və ləyaqətini uca tutacaqlarına and içiblər.

Tədbirdə iştirak edən ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev xidmətə yeni başlayan əməkdaşları ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun adından təbrik edib. O, xidmətin xüsusiyyətlərini bir daha gənc əməkdaşlara xatırladaraq penitensiar sistemdə aparılan son islahatlar barədə ətraflı məlumat verib və gələcək işlərində onlara uğurlar diləyib.

Gənc əməkdaşlara xidməti vəsiqələr təqdim olunub və onlara mobil telefon nömrələri hədiyyə edilib.


Teqlər:  





Xəbər lenti