Məcburi köçkünün intiharı ilə bağlı cinayət işi açıldı

Məcburi köçkünün intiharı ilə bağlı cinayət işi açıldı
  29 İyul 2015    Oxunub:2319
Ağdam rayonundan olan məcburi köçkünün Bakıda özünü yandırması faktı ilə bağlı cinayət işi açılıb.
AzVision.az - ın xəbərin görə, Bakı Şəhər Prokurorluğunun məlumatında bildirilir ki, iyulun 27-də saat 17 radələrində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektorunun inzibati binasının qarşısında Ağdam rayonundan olan məcburi köçkün, 1961-ci il təvəllüdlü Nəsibov Sahib İsmayıl oğlunun üstünə benzin tökərək özünü yandırması və aldığı yanıq xəsarətləri ilə bağlı xəstəxanaya yerləşdirilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. S. Nəsibovun səhhəti normaldır, yaxın günlərdə evə buraxılması nəzərdə tutulur.

Hazırda iş üzrə cinayətin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.


Teqlər:





Xəbər lenti