Maşın dərəyə aşdı, sürücü öldü

Maşın dərəyə aşdı, sürücü öldü
  21 Noyabr 2014    Oxunub:1834
Kürdəmir rayonu ərazisində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az El TV-yə istinadən xəbər verir ki, qəza Bakı-Qazax magistralının 208-ci kilometrliyində, Kürdəmirin Qarabucaq kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 58 yaşlı Vaqif Əlizadə idarə etdiyi “Hyundai” markalı yük maşını ilə Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetmənin itirilməsi nəticəsində yoldan çıxıb. Bu zaman maşın yuvarlanaraq dərəyə düşüb.

Sürücü hadisə yerində dünyasın dəyişib. Maşın deformasiyaya uğradığından onun meyitini çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Xüsusi alət və texnika ilə meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Teqlər:  





Xəbər lenti