Maşın ağaca çırpıldı, sürücü öldü

Maşın ağaca çırpıldı, sürücü öldü
  19 Oktyabr 2014    Oxunub:1582
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Qusar rayonu, Girik kəndi ərazisində 1956-cı il təvəllüdlü Qaflanov Şaiq Səbətulla oğluna məxsus “MİTSUBİSHİ” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb və vəfat edib.

Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:40-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti