Masazırda kafe partladı - 2 yaralı

Masazırda kafe partladı - 2 yaralı
  28 Yanvar 2015    Oxunub:1640
Abşeron rayonunun Masazır qəsəbəsində kafedə qaz balonunun sızmasından yanğına keçən partlayış baş verib.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, yanvarın 27-də saat 15 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində qəsəbə sakini Nicat Novruzova məxsus kafedə qaz balonunun sızmasından yanğına keçən partlayış baş verib. Nəticədə kafenin pəncərə şüşələri sınıb, orada təmir işləri aparan qəsəbə sakinləri Elşad Abbasov və Qabil Quliyev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.


Teqlər:  





Xəbər lenti