Masallıda yanğın olub

Masallıda yanğın olub
  26 İyul 2016    Oxunub:1852
Bu gün Masallı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 306 m² olan dülgər sexində yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, sexin çardağının yanar konstruksiayaları 108 m² sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti