Masallıda yanacaqdoldurma məntəqəsi yanıb

Masallıda yanacaqdoldurma məntəqəsi yanıb
  27 Avqust 2016    Oxunub:1763
Masallıda yanacaqdoldurma məntəqəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, Masallının Şərəfə kəndində vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 100 m² olan "ŞƏRƏFƏ" petrol yanacaqdoldurma məntəqəsinin ofis otağının döşəməsi 4 m² sahədə və bitişik talvarın yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Yanğından yanacaqdoldurma məntəqəsinin qalan hissəsi mühafizə olunub. Yanğın saat 03:44-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti