Masallıda güclü yanğın

Masallıda güclü yanğın
  18 Sentyabr 2014    Oxunub:1173
Masallı rayonunda yanğın hadisəsi olub.
Hadisə rayonun Qızılavar kəndində, 78 yaşlı Həsənağa Ağacanova məxsus evdə güclü yanğın baş verib.

Hadisə zamanı ev sahiblərinin evdə olmaması alovun sürətlə yayılmasına səbəb olub. Qonşular yanğından xəbər tutub yanğınsöndürənləri köməyə çağıranda isə artıq gec olub. Masallı dövlət yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi alovu ram etmək də çətinlik çəkiblər.

Yanğın nəticəsində 5 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanaraq külə dönüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Masallı DYMH –dən verilən məlumata görə yanğın elektrik xətlərində olan nasazlıq səbəbindən qısaqapanmadan baş verib.(Anspess)


Teqlər:





Xəbər lenti