Masallıda bir gündə 2 ölüm

Masallıda bir gündə 2 ölüm
  06 İyul 2015    Oxunub:2554
Masallıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə iyulun 5-də günorta saatlarında Masallı-Boradigah şosesinin rayonun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Masallı rayon sakini, 22 yaşlı Namiq Ağazadənin idarə etdiyi “Mercedes” markalı, 90 XP 616 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən piyada, Ərkivan qəsəbə sakini, 45 yaşlı Reyhan Cəbrayılovanı vurub.

R. Cəbrayılova hadisə yerində dünyasını dəyişib.

İlkin versiya kimi, qəzanın avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır. (Apa)

***

Masallı rayonunun Sığdaş kəndində 1 nəfər göldə çimərkən batıb.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Masallı rayonu, Sıgdaş kədində göldə batmış (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 45 km aralı, nəzarətsiz ərazidə) 1992-ci il təvəllüdlü Qurbanov Zəkəriyyə Xəlil oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 18:45-də başa çatıb.


Teqlər:  





Xəbər lenti