Martirosyan Bakıda işlə təmin oluna bilər - Açıqlama

Martirosyan Bakıda işlə təmin oluna bilər - Açıqlama
  08 Oktyabr 2015    Oxunub:12798
Ermənistandan qaçaraq Azərbaycana sığınan “Milli Azadlıq Hərəkatı”nın rəhbəri Vaan Martirosyan Bakıda yaşamaq istəyir.
Bu barədə AzVision.az-a Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.

Hüquq müdafiəçisi bildirib ki, Vaan Martirosyan Azərbaycanda qalacaqsa, işlə təmin olunacaq.

“Vaan həyat yoldaşı ilə birlikdə tez-tez bizə gəlir. Hər şey yaxşıdır. Onun bura gəlməsindən sonra erməni deputatlar Ermənistan haqqında nələr yazmırlar ki? Vaan Martirosyanın Azərbaycana gəlməsi erməni deputatlara, hüquq müdafiəçilərinə sanki bir güc verib. Onlar da Sarkisyan rejimindən narazılıqlarını bildirirlər”.

Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb.

V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə bu ilin sentyabrında Ermənistandan qaçaraq, Azərbaycana gəlib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti