Martın 5-də IX siniflər imtahan verəcək

Martın 5-də IX siniflər imtahan verəcək
  22 Fevral 2017    Oxunub:3059
Martın 5-də keçiriləcək 9-cu sinif üzrə buraxılış imtahanının I mərhələsində iştirak edən şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən məlumata görə, 5 mart 2017-ci il tarixində Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir.

Şəxsiyyəti təsdiq edən sənədində şəkil olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı BURADAN yükləmək olar.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti