Market sahibləri cərimələndi - siyahı

Market sahibləri cərimələndi - siyahı
  04 Avqust 2015    Oxunub:1917
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı

Bakının Suraxanı rayonunda

- Qaraçuxur qəsəbəsində Əmirarşad Bərxudarova məxsus mağazada;

Binəqədi rayonunda

- 8 mikrorayon, S.S.Axundov küçəsində Tahir Orucova məxsus super marketdə saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı;

Bakının Sabunçu rayonunda

- Bakıxanov qəsəbəsində Şakir İbrahimova məxsus mağazada;

Bərdə rayonunda

- Hüseynbəyli kəndində Çingiz Məmmədova məxsus yeməkxanada;

- Bərdə şəhəri, Nizami küçəsində Rəhim Hacıyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Qaradağ rayonunda

- Sahil qəsəbəsi, N.Mustafayev küçəsində Natəvan Nağıyevaya məxsus mağazada;

Sabunçu rayonunda

- Zabrat qəsəbəsində Azad Qəhrəmanova məxsus “Ailə” marketdə;

Gədəbəy şəhərində
- H.Əliyev prospektində Vüqar Ruşanova məxsus mağazada;

Tovuz rayonunda

- Aşağı Quşçu kəndində Namiq Əmiraslanova və Sədaqət Tağıyevaya məxsus mağazalarda;

Bərdə rayonunda

- Güloğlular kəndi, Təzə bazarda Nazim Abbasova məxsus mağazada;

- Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində İlyas Hüseynova məxsus mağazada;

Xaçmaz şəhərində

- 20 Yanvar küçəsində Elvin Poladova məxsus mağazada;

Lənkəran şəhərində

- Z.Əliyeva prospektində Emil Azadova məxsus mağazada;

Qəbələ rayonunda

- Xırxatala kəndində Cavad Gözəlova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və “Facebook” səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti