Markes mükafatının sahibi bəlli oldu

Markes mükafatının sahibi bəlli oldu
  23 Noyabr 2014    Oxunub:1074
Ədəbiyyat üzrə Qarsiya Markes adına mükafatın ilk laureatı Argentina yazıçısı Giermo Martines olub.
Publika.az xəbər verir ki, mükafatın təqdimatı Kolumbiyanın “Kolon” teatrında keçirilib. Mərasimdə Kolumbiya prezidenti Xuan Manuel Santos da iştirak edib.

Giermo Martines bu mükafata “İyrənc xoşbəxtlik” adlı hekayələr toplusuna görə layiq görülüb.

Mükafata 2013-cü ildə ispandilli ölkələrdə dərc olunmuş 120-dən çox əsər təqdim edilib. Finalda Giermo Martineslə yanaşı, argentinalı Karolina Bruk, meksikalı Ektor Manxares, ispaniyalı Oskar Sipan və cilili Alexandro Sambra mübarizə aparıblar.


Teqlər:





Xəbər lenti