Marixuananın yetişdirilməsi bu ölkədə qanuniləşdi

Marixuananın yetişdirilməsi bu ölkədə qanuniləşdi
  22 Fevral 2017    Oxunub:3544
Hollandiya parlamenti dövlətin nəzarəti altında marixuananın becərilməsinə icazə verən qanunu dəstəkləyib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, 77 parlament üzvü qanunun lehinə, 72 nəfər isə əleyhinə səs verib. “Demokratlar-66” partiyasından başqa qanun lahiyəsinin qəbulunu Sosialist partiyası, Əmək Partiyası və bir sıra digər partiyalar dəstəkləyib.

Bundan sonra marixuananın satışına və istifadəsinə icazə verilən kafelər lisenziya ilə narkotik ala biləcəklər. Bildirilib ki, qanun lahiyəsi marixuana yetişdirilməsi ilə bağlı cinayətlərin sayını azaltmağa imkan verəcək.

Qeyd edək ki, bundan öncə ölkədə marixuananın istifadəsi və becərilməsi leqallaşdırılmayana qədər texniki olaraq qanunsuz hesab olunurdu.

Aydan Əmirxan
AzVision.az


Teqlər:





Xəbər lenti