Manatın ucuzlaşması işimizə təsir etməyib - Azad Rəhimov

Manatın ucuzlaşması işimizə təsir etməyib - Azad Rəhimov
  21 Aprel 2015    Oxunub:1256
“Bu ilin fevralında manatın məzənnəsinin dəyişməsi Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı işlərin maliyyələşdirilməsinə heç cür təsir göstərməyib”.
Bunu jurnalistlərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazir vurğulayıb ki, Azərbaycanın büdcəsi Avropa Oyunları çərçivəsində bütün planlaşdırılmış işləri maliyyələşdirməyə imkan verir.

Qeyd edək ki, ilk Avropa Oyunları iyunun 12-dən 28-dək Bakıda keçiriləcək. (trend)


Teqlər:  





Xəbər lenti