Magistraturaya proqram seçimi başladı

Magistraturaya proqram seçimi başladı
  31 Mart 2015    Oxunub:1643
Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak etmiş və müsabiqə şərtini ödəmiş bakalavrların "Bakalavrın elektron ərizəsi"ndə qəbul proqramının seçilməsi və təsdiqi prosesinə başlanıb.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbul proqramının seçilməsi və təsdiqi prosesi aprelin 10-da saat 23:59-da başa çatacaq.


Magistraturaya qəbul imtahanının 2-ci mərhələsinə yalnız qəbul proqramını seçmiş və təsdiqləmiş bakalavrlar buraxılacaqlar.

Xatırladaq ki, magistraturaya qəbul imtahanının 2-ci mərhələsi aprelin 26-da keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti