Mağazanı qarət edib, sonra yandırdılar

Mağazanı qarət edib, sonra yandırdılar
  30 Oktyabr 2014    Oxunub:1244
Yevlaxda qarət etdiyi mağazanı yandıran şəxslər tutulub.

AzVision.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 15-ə keçən gecə Yevlax rayonunun Aşağı Bucaq kəndində kənd sakini Elnur Kərimova məxsus mağazada yanğın baş verib.

Nəticədə 12 kv/m sahədə mağazanın yanar konstruksiyaları və oradakı ərzaq məhsulları qismən yanıb.

Yevlax rayonpolis şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı mağazadan Havarlı kənd sakinləri Elçin İsgəndərov və Asif Nəsibov tərəfindən ərzaq məhsullarının oğurlanması və sonradan yandırılması müəyyən edilib və onlar tutulublar.

A.Nəsirovun evinə baxış zamanı 2 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.



Teqlər:





Xəbər lenti