Macarıstan şirkəti Azərbaycana uçuşlardan imtina edib

Macarıstan şirkəti Azərbaycana uçuşlardan imtina edib
  30 Oktyabr 2014    Oxunub:1535
Macarıstanın "WizzAir" şirkəti Bakı-Budapeşt marşrutu üzrə uçuşları bu il bərpa etməkdən imtina edib.
AzVision.az-ın məlumatına görə, bunu "APA-Economics"ə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli bildirib.

O əlavə edib ki, "WizzAir" bu qış mövsümü uçuşlarını yerinə yetirməyəcək.

"Lakin gələn ilin martın 27-dən oktyabrın əvvəlinə kimi həftədə 2 dəfə uçacaqlar", - deyə M. Səfərli qeyd edib.


Teqlər:





Xəbər lenti