Maaş və təqaüdlər arta bilər

Maaş və təqaüdlər arta bilər
  27 Fevral 2015    Oxunub:3221
“Maaş və təqaüdlərin artırılması hökumətin qərarından aslıdır. Müəyyən artımların olacağı gözlənilir”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, dövlət başçısı maaş və pensiyaları artırmadan öncə ümumi və iqtisadi vəziyyətə baxır:

“2015-ci ilin dövlət büdcəsində əmək haqqının artırılması ilə bağlı vəsait nəzərdə tutulub. Ola bilər ki, müəyyən artımlar olsun. Müəllimlər və tibb işçilərinin əmək haqqılarının artırılması ilə bağlı problemlər var idi. Müəllimlərlə bağlı müəyyən qədər artım oldu. Belə ki, test imtahanından keçən müəllimlərin maaşları artdı. Dünyanın hər yerində milli valyuta hazırda dəyərdən düşür. MBD-də bütün dövlətlərdə dəyərdən düşüb. Ciddi proseslər getdiyi üçün bir az ehtiyyatlı olmaq lazımdır”.

Milli Məclisin üzvü dolların kəskin ucuzlaşacağına inanmadığını bildirib.

“Müəyyən qədər ucuzlaşma olur, bu da gözləniləndi. Ciddi ucuzlaşmanın olacağı gözlənilir. Çünki bu neftin qiymətindən asılı olan məsələlərdir. Neftin qiymətində də ciddi qalxma yoxdur”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti