MTN işçilərinin peşə bayramıdır

MTN işçilərinin peşə bayramıdır
  28 Mart 2015    Oxunub:1756
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları bu gün peşə bayramlarını qeyd edirlər.
Azərbaycanda ilk milli təhlükəsizlik orqanı 1919-cu il martın 28-də yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı olub. Sonra həmin vəzifəyə onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib.

Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya ("ÇK") adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının ("NKVD") tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub.

1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik ediblər. Həmin il general Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaradılıb. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart- Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.


Teqlər:





Xəbər lenti