MSK referendum hazırlıqlarına başladı

MSK referendum hazırlıqlarına başladı
  26 İyul 2016    Oxunub:2540
Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, iclasda 3 və 29 iyun 2016-cı il tarixli iclasların protokolları təsdiq edilib.

Daha sonra Mərkəzi Seçki Komissiyası bəzi normativ xarakterli aktlara dəyişiklikləri müzakirəyə çıxarıb.

MSK katibi Arifə Muxtarova bildirib k, Azərbaycanda referendumun keçirilmsi üçün müvafiq normativ aktlara dəyişiklik edilməsi zərurəti yaranıb.

İclasda referendumla bağlı 6 normativ xarakterli akta dəyişiklik müzakirəyə çıxarılıb və qəbul edilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti