MSK maarifləndirici seminarlar keçirəcək

MSK maarifləndirici seminarlar keçirəcək
  20 Oktyabr 2014    Oxunub:1845
Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. AzVision.az xəbər verir ki, ilk öncə iclasda MSK-nın 13 oktyabr 2014-cü il tarixli iclas protokolu səsə qoyularaq yekdilliklə təsdiq olunub. 3 dairə seçki komissiyasının ləğv edilməsi nəticəsində yeni yaradılan 44 saylı Sumqayıt-Xızı seçki dairəsi, 41 saylı Sumqayıt birinci seçki dairəsi və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə seçki komissiyalarının da üzvləri seçilib.

Həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Daha sonra cari məsələlər müzakirə olunub. MKS sədri Məzahir Pənahov 22, 23, 24 oktyabrda bələdiyyə seçkiləri ilə bağlı dairə və məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici seminarlar keçiriləcək. M.Pənahov hər bir DSK üzvünün seminarlarda fəal iştirak etməyin vacibliyini vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti