MSK Ağdaşdakı seçki ilə bağlı iclas keçirəcək

MSK Ağdaşdakı seçki ilə bağlı iclas keçirəcək
  28 İyun 2016    Oxunub:2864
Sabah Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçki ilə əlaqədar yekun iclasını keçirəcək.

Bu barədə AzVision.az-a MSK-dan bildiriblər.

Qeyd edək ki, iyunun 18-də keçirilən təkrar seçkilərdə ilkin məlumata əsasən Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov 19 674 (85,56%) səslə qalib gəlib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti