MSK-nın təlimləri başa çatdı

MSK-nın təlimləri başa çatdı
  20 Noyabr 2014    Oxunub:1252
Mərkəzi Seçki Komissiyasının aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində keçirdiyi “Trenerlər üçün treninq”lər başa çatıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyan treninqlər nəzərdə tutulduğu kimi 4 gün müddətində seçki dairələri üzrə yerli trenerlərin iştirakı ilə keçirilib.

Treninqlərdə seçki dairələrinin hər birindən 2 nəfər olmaqla cəlb edilmiş yerli trenerlərə seçki günü proseslərinə dair bütün məsələlər – səsvermə hərəkətləri, seçki günü məntəqə seçki komissiyalarının rol və vəzifələri, seçki prosesində müstəsna hallar, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması praktiki məşğələlərlə əyani şəkildə nümayiş etdirilib.

Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərin müzakirəsi zamanı regionlarda seçki dairələri üzrə treninqlərin təşkil olunma qaydası və formatı iştirakçılara izah olunub, treninqlərin yüksək səviyyədə keçirilməsi üçün lazımi tövsiyələr verildi və müzakirələr zamanı meydana çıxan suallar cavablandırılıb.

Qeyd edək ki, genişmiqyaslı maarifləndirmə layihəsi olan aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə noyabrın 25-dən başlanılacaq.


Teqlər:





Xəbər lenti