MMP Qadınlar Şurası hesabat verdi

MMP Qadınlar Şurası hesabat verdi
  23 Dekabr 2014    Oxunub:1575
Bu gün Muasir Musavat Partiyasının Qadınlar Şurasının ilin yekunu ilə bağlı növbəti toplantısı keçirilib. Tədbirin gündəliyində duran əsas məsələ 2014-cü ildə görülmüş və 2015-ci ildə görüləcək işlər olub. Tədbirdə partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən 50-yə yaxın qadın iştirak edib.

MMP sədri Hafiz Hacıyev qadınların cəmiyyətin inkişafında rolundan söhbət açaraq, MMP-nin qadın üzvlərinin qarşısında duran vəzifələrdən bəhs edib. Partiyada görülən işlərin geniş təhlilı zamanı qadınların daha fərqli fəaliyyət və mübarizə apardığının şahidi olduğunu deyən Hafiz Hacıyev 2015-ci ildə hamını çox çətin, məsuliyyətli və şərəfli vəzifələrin gözlədiyini qeyd edib.

İclasda dünyada və ölkədə baş verən hadisələr müzakirə olunub, hadisələrə siyasi qiymət verilib. Daha sonra partiyada ideoloji işin səviyyəsi, verilən tapşırıqların yerinə yetirilməsi, müxalifət düşərgəsində yaranmış parçalanmalar nəticəsində partiyaya olan axın və s. məsələrlə bağlı hesabatlar dinlənilib. Toplantıda təşkilat qarşısında duran məsələlər, qadınların və gənclərin fəallığının daha da artırılması üçün verilən təkliflər müzakirə edilib.

Bundan sonra son 1 ildə MMP-nin hədəflərinə tam şəkildə nail olması üçün çox gərgin iş sistemi ilə, yorulmadan çalışan insanlar mükafatlandırılaraq minnətdarlıq bildirilmiş və ideoloji məsələlərlə bağlı hesabat dinlənilib.

Cəmiyyətin aparıcı qüvvəsi sayılan gənclərin və qadınların içtimai –siyasi həyatdakı rolundan söhbət açan partiya funksionerləri bundan sonrakı fəaliyyətlərini qadın və gənc kontingentin üzərində qurmağı planlaşdırdığını deyiblər. Dövlətin kiçik forması olan ailənin ən ağır yükünü səbrlə, ləyaqətlə çəkən qadınların partiya quruculuğuna cəlb edilməsinin önəmi vurğulanıb.



Teqlər:





Xəbər lenti