MHP liderindən Azərbaycana dəstək - `Recep İvedik`ə etiraz

MHP liderindən Azərbaycana dəstək - `Recep İvedik`ə etiraz
  21 Yanvar 2017    Oxunub:9933
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı “Recep İvedik 5” filmində yer alan türk və azərbaycanlı boksçuların döyüş səhnəsinə münasibət bildirib.

AzVision.az xəbər verir ki, Bağçalı sosial şəbəkədəki hesabında Azərbaycana dəstək nümayiş etdirib.

“Bu filmdəki boks səhnəsi bizim tarixi və mədəni əlaqələrimizi sarsıda bilməz. Heç bir türk övladı bu münasibətlərin pozulmasına izin verməz. Coğrafiyamız ayrı, dövlətlərimiz fərqli olsa da, biz eyni millətin ürəkləri bir döyünən övladlarıyıq”-deyə MHP lideri vurğulayıb.

Qeyd edək ki, filmdə türk və azərbaycanlı boksçuların döyüşündəki dialoq və epizodlar narazılığa səbəb olmuşdu. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Necdet Ünüvar bu görüntülərə etirazını bildirmişdi.

Etirazlardan sonra həmin sənhə filmdən çıxarılıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti