Lukaşenko ruslara meydan oxudu və söz verdi...

Lukaşenko ruslara meydan oxudu və söz verdi...
  29 Yanvar 2015    Oxunub:2359
Belarus prezidenti Aleksandr Lukaşenko dünya güclərini ölkənin müstəqilliyinə və suverenliyinə hörmət etməyə çağırıb.
AzVision.az-ın məlumatına görə, paytaxt Minskdə keçirilən mətbuat konfransında Lukaşenko vurğulayıb ki, Belarus heç vaxt rus dünyasının tərkib hissəsi olmayacaq.

“Bəzi ağıllılar var ki, Belarus onlar demişkən rus dünyasının, hətta Rusiyanın tərkib hissəsi olduğunu bildirirlər. Unudun bunu. Belarus suveren və müstəqil dövlətdir” – deyə Lukaşenko bildirib.

Lukaşenkonun həmçinin vurğulayıb ki, Belarus öz torpaqlarını heç kimə verməyəcək: “Bu mənim vəzifəmdir. O, nə qədər çətin olsa da mən onun öhdəsindən gələcəm. Mən öz missiyamı yerinə yetirəcəm. Nəyin bahasına olursa olsun. Ona görə də rahat yaşayın, doğun, uşaqları böyüdün. Biz kömək edəcəyik”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti