Lukaşenko Ermənistanın “Yeni SSRİ”yə üzvlüyünü təsdiqlədi

Lukaşenko Ermənistanın “Yeni SSRİ”yə üzvlüyünü təsdiqlədi
  19 Dekabr 2014    Oxunub:1845
Belarus parlamenti Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması barədə sazişi təsdiqləyib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti