Lui Van Qal "Mançester Yunayted"dən getdi

Lui Van Qal "Mançester Yunayted"dən getdi
  24 May 2016    Oxunub:1881
“Mançester Yunayted”in yeni baş məşqçisinin kimliyinə yaxın günlərdə aydınlıq gələcək.

AzVision.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Eyni zamanda Lui Van Qalın klubun baş məşqçisi vəzifəsindən getməsi rəsmiləşib.

İddialara görə, Mançester təmsilçisini yeni mövsümdən portuqaliyalı mütəxəssis Joze Mourinyonun çalışdıracaq.

Qeyd edək ki, 2014-cü ildən “Mançester Yunayted”i çalışdıran Lui Van Qal ilk mövsümündə Premyer Liqanı 4-cü pillədə başa vurub. Ötən mövsüm isə 64 yaşlı mütəxəssis komandası ilə İngiltərə Federasiya kubokunu qazanıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti