Lotereyada insanlar aldadılırmı? - Video

Lotereyada insanlar aldadılırmı? - Video
  31 İyul 2015    Oxunub:3725
Televiziya ilə canlı yayımlanan Serbiya Dövlət Lotereyasının növbəti tirajında lotodromdan çıxan topların əvvəlcədən ekranda göstərilməsi sözün həqiqi mənasında qalmaqala səbəb olub.
Bu barədə AzVision.az xarici mətbuata istinadən xəbər verir.

Belə ki, ilk üç nömrə doğru və sıralamaya uyğun şəkildə ekranlarda göstərilməsinə rəğmən lotodromdan çıxan dördüncü topun 27 olmasına baxmayaraq ekranlarda 21 olaraq göstərilib. Maraqlı məqam orasındadır ki, sonuncu, yəni beşinci çıxan topun üzərində yazılan rəqəm isə 21 olub. Beşinci çıxan topun əvvəlcədən ekranda yazılması isə tiraj zamanı hiyləyə əl atıldığı iddialarını gündəmə gətirib.

Təşkilatçılar isə bu halın sırf təsadüf olduğunu söyləyir.



Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti