Lider ola bilərsinizmi?-TEST

Lider ola bilərsinizmi?-TEST
  10 Sentyabr 2013    Oxunub:3456
Bunu müəyyən etmək üçün AzVison.az sizə aşağıdakı testi təqdim edir. Suallara “bəli” və ya “xeyr” deyə cavabı verin.
1. Başqalarının ideya və fikirlərini qəbul etmək sizə çətindirmi?

2. Siz adətə bir analitik kimi ağıllısınız və hər işi qabaqcadan planlaşdıra bilirsiniz?

3. İnsanlarla ünsiyyət qurmağı sevirsinizmi?

4. İnsanları inandıra və məhz sizin qərarınızın düzgün olduğuna əmin edə bilirsinizmi?

5. Başladığınız işi sonuna kimi davam etdirə bilirsinizmi?

6. Emosiyalarınızı gizlədə bilirsinizmi?

7. Prinsipial məsələlərdə əzm və iradə nümayiş etdirə bilirsinizmi?

8. Tez-tezmi verdiyiniz vədi pozursunu?

9. Qərarınız həllini tapmayınca və ya hansısa qərar qəbul etmək üçün vaxt qalmayınca özünüzü itirirsinizmi?

10. Etimadları doğrulda bilirsinizmi?

11. Hər zamanmı “bu günün işini sabaha saxlama” prinsipinə əməl edirsiniz?

12. Nədənsə qorxursunuzsa, hər zamanmı bu qorxunuzun üstəsindən gəlməyə çalışırsınızmı?

13. Riskə getməyə hazırsınızmı?

14. Sizə ideya “maşını” demək olarmı?

15. Yeniliklər üçün açıqsınız və hər zaman yeniliyə can atırsınız?

16. Qarşınızdakı çox çətin bir işi heç bir bəhanə aramadan həll edirsinizmi?

17. Ətrafdakıların daim sizi təqdir etməsinə çoxmu ehtiyacınız var?

18. Çətinliklərə baxmayaraq başladığınız işi sona çatdırırsınızmı?

19. Gördüyünüz işi uğurlu nəticələrinin həzzini duymağı özünüz üçün mükafat hesab edirsinizmi?

20. Ətrafdakıların etibarını qazanmağı bacarırsınızmı?

Aşağıdakı cədvəldən istifadə edərək ballarınızı hesablayın və nəticələrlə tanış olun



26–40 bal. Belə məlum olur ki, siz təbiətcə lidersiniz. Kiminsə rəhbərliyi altında qarşınızdakı məqsədlərə asanlıqla nail ola bilərsiniz.

12–24 bal. Liderlik keyfiyyətinizin olduğunu demək çətindir. Vaxtında mühüm qərarlar qəbul etmək, düşmən qazanmaq riski olsa da öz fikirlərini müdafiə etmək, başqalarına görə məsuliyyət daşımaq razılaşın ki, o qədər də çətin bir şey deyil. Dürüstcə cavab verin: siz buna hazırsınızmı? Əgər tərəddüd etmədən “b-əli” desəniz, deməli lider ambisiyalarını reallaşdırmaq şansınız var.

0–10 bal. Siz enerjili , uğura inanan bir insansınız Bundan başqa siz ünsiyyətcilsiniz, cavabdehliklərdən qorxmursunuz və çox nadir hallarda kənar təsirlərə qapılırsınız. Bir sözlə lider olmaq üçün lazım olan bütün keyfiyyətlər sizdə cəmlənib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti