Leyla Yunus uduzdu, mükafat vermədilər

Leyla Yunus uduzdu, mükafat vermədilər
  22 Oktyabr 2014    Oxunub:2525
Avropa Parlamenti az əvvəl insan haqları üzrə nüfuzlu Saxarov mükafatının laureatını açıqlayıb.
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, Sülh və Demokratiya İnstitutunun rəhbəri, hazırda həbsdə olan Leyla Yunus bu mükafata layiq görülməyib.

Saxarov mükafatının laureatlarını müəyyən edən Sədrlər Konfederasiyasında keçirilmiş səsvermənin nəticələrinə əsasən mükafatı Konqo Demokratik Respublikasından olan ginekoloq Denis Mukveqeyə veriblər.

Bu mükafat xüsusən qadın hüquqları uğrunda apardığı mübarizəyə görə doktor Denis Mukveqeyə verilir” - deyə Avropa Parlamentinin prezidenti Martin Şults bəyan edib.

Beləliklə, doktor Mukveqe “Azad düşüncə uğrunda” Saxarov mükafatının builki laureatı olub.

Jüri mükafatı almağa üç ən şanslı namizədlərdən biri olan Ukrayna “Avromaydan” hərəkatının rolunu qeyd edib, Saxarov mükafatını ala bilməyən Leyla Yunusa dəstək üçün isə Avropa Parlamentinin Azərbaycana xüsusi nümayəndə heyəti göndərməsi qərarlaşdırılıb. Heyətə bütün fraksiyalardan nümayəndələr daxil olacaq.

Xatırladaq ki, erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və vətənə xəyanətdə, digər ağır cinayətlərdə ittiham olunan Leyla Yunus Saxarov mükafatına namizədliyi irəli sürülənlər arasında “qısa siyahıya” qədər (son üç namizəd) gəlib çıxmışdı. Son günlər xarici mətbuatda onun namizədliyinin lehinə fəal kampaniya aparılırdı.

Buna baxmayaraq Leyla Yunus mükafatı konqolu ginekoloqa uduzub. Hətta Avropa Parlamenti də bu qənaətə gəlib ki, konqolu ginekoloqun bu kasıb Afrika ölkəsində qadınların doğuş zamanı ölməsini azaltmaq uğrunda fəaliyyəti Leyla Yunusun fəaliyyətindən daha əhəmiyyətlidir.


Teqlər:  





Xəbər lenti