Leyla Yunus dövlətə xəyanətdə ittiham edildi

Leyla Yunus dövlətə xəyanətdə ittiham edildi
  30 İyul 2014    Oxunub:971
Dövlətə xəyanətdə ittiham olunan Leyla Yunus barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə aparılıb.
Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa qarşı ittiham elan olunub. AzVision.az xəbər verir ki, bu barədə APA-ya vəkil Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilirlər.

Vəkil qeyd edib ki, istintaq Arif Yunusdan başqa yerə getməməklə bağlı iltizam alıb.

Leyla Yunus isə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə aparılıb.


Teqlər:





Xəbər lenti