Leyla Əliyevadan daha bir təşəbbüs - Fotolar

Leyla Əliyevadan daha bir təşəbbüs - Fotolar
  24 Noyabr 2014    Oxunub:1660
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ənənəvi turniri keçirilib.
AzVision.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, turnirdə 22 komanda iştirak edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndəsi Natiq Əliyev oyun iştirakçılarına təbriklə müraciət edib. Rusiyanın azərbaycanlı gəncləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnirin təşkilinə göstərdiyi dəstəyə görə RAGB-nin sədri L. Əliyevaya təşəkkür edən N.Əliyev vurğulayıb ki, gənclər cəmiyyətin güclü diasporun formalaşmasında mühüm rol oynayan çevik və dinamik hissəsidir.

N. Əliyev qeyd edib ki, Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsinə böyük diqqət yetirilir, gənc nəslin potensialını üzə çıxarmaq üçün hər cür şərait yaradılır: “Bu gün Azərbaycan inkişaf dövrü yaşayır. Bu inkişafın əsası müasir müstəqil Azərbaycanın memarı, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Turnirdə Rusiyanın Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Moskva Dövlət Texniki Universiteti kimi aparıcı ali məktəblərinin Azərbaycan klublarının komandaları iştirak edib. Rusiya hökuməti yanında Maliyyə Universitetinin və G.V. Plexanov adına Rusiya İqtisad Universitetinin “Suyeta” adlı birləşmiş komandası turnirin qalibi olub.

Nicat Talıbov, Əkbər Xammədli, Emin İsmayıllov, Vadim Tyurenkov, Miroslav Qridin və Elvin Kərimovdan ibarət komanda bütün oyun ərzində gözəl nəticə göstərib. Qaliblərə RAGB-nin medalları, fəxri fərmanları və pul mükafatları təqdim olunub.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti