Lerikdə meşə yanğını davam edir

Lerikdə meşə yanğını davam edir
  26 İyul 2014    Oxunub:1067
Lerik rayonu, Piran kəndində meşə zolağında yanğın hələ də davam edir.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Lerik rayonu, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq meşə zolağı ərazisində təxminən 50 ha sahədə müxtəlif növ ağaclar (palıd, dəmirağac, kol-kos) yanır.

Yanğın texnikalarının həmin ərazilərə cəlb olunmasının qeyri mümkünlüyünü (avtomobil yolundan təxminən 4-6 km yüksəklikdə) nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinin qurumlarından 41 yanğınsöndürən, Mülki Müdafiənin 100 əsgəri, Aviasiya Dəstəsindən 1 helikopter, 1 təyyarə, 200 meşə təsərrüfatı işçisi və tırtıllı traktorlar cəlb edilib.

Yanğının yayılma təhlükəsi aradan qaldırıb, tam söndürülməsi işləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti