Lerikdə dağ uçqunu olub - Fotolar

Lerikdə dağ uçqunu olub - Fotolar
  28 Oktyabr 2016    Oxunub:2048
Bu gün səhər saatlarında Lerik rayonu, Lerik-Kəlvəz-Göydərə avtomobil yolunun 8-ci km-də dağ uçqunu baş verib.
Nəticədə yolun hərəkət hissəsinə iri qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzVision.az-a bildirib ki, dərhal əraziyə "Azəravtoyol" ASC-nin ağır texnikası və canlı qüvvəsi cəlb olunub.

Qısa müddət ərzində yolda hərəkətin bərpa edilməsi istiqamətinə addımlar atılır. Yolun bir hissəsindən qaya parçaları təmizlənərək hərəkət bərpa olunub. Hazırda digər hissəsinin təmizlənməsi istiqamətində addımlar atılır.









Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti