Lənkərandakı ana ölümünün təfərrüatları

Lənkərandakı ana ölümünün təfərrüatları
  26 Oktyabr 2014    Oxunub:1647
Azərbaycanda baş vermiş ana ölümünün təfərrüatları məlum olub.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gün Lənkəran Mərkəzi Rayon Xəstəxanasında (MRX) qeydə alınıb. Astara rayonunun, Ərçivan qəsəbə sakini, 34 yaşlı Xoşqədəm Yədulla qızı Məmmədova üzərində aparılmış qeysəriyyə əməliyyatından sonra xəstəxananın döğum şöbəsində ölüb.

MRX baş həkiminin müavini Əbülfət Məmmədovun sözlərinə görə, əməliyyat uğurlu keçib və 2,5 kiloqram çəkidə sağlam qız uşağı dünyaya gəlib. Lakini bir müddət sonra reanimasiya şöbəsinə köçürülmüş Xoşqədəm Məmmədovanın vəziyyəti qəfildən pisləşib. Həyata keçirilən bütün tədbirlərə baxmayaraq ananın həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, Xoşqədəm Məmmədova bununla 3-cü dəfə qeysəriyyə yolu ilə ana olmaq istəyinə qərar verib. Halbuku həkimlər bunun riskli olduğunu onu vaxtında xəbərdar ediblər. Ona görə də mərhumun qohumları X.Məmmədovanın ölümündə həkimləri günahkar bilmirlər.

Qeyd edək ki, hadisə barədə Səhiyyə Nazirliyinə məlumat verilib və qurumun təhqiqat qrupu Lənkəranda baş vermiş ana ölümü faktı ilə bağlı araşdırmalara başlayıb.


Teqlər:  





Xəbər lenti