Lənkəranda yanğın - 18 nəfər xilas edildi

Lənkəranda yanğın - 18 nəfər xilas edildi
  02 May 2016    Oxunub:1593
Lənkəran şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan 3 otaqlı mənzilin dəhlizində qapı və mətbəxinin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı binadan 18 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti