Lənkəranda 2 avtobus toqquşdu, 4 yaralı - Video

Lənkəranda 2 avtobus toqquşdu, 4 yaralı - Video
  28 Oktyabr 2016    Oxunub:1867
Lənkəranda ağır yol qəzası baş verib.
AzVision.az ARB TV -yə istinadən xəbər verir ki, Füzuli küçəsində marşrut avtobusu qarşı tərəfdən gələn sərnişin mikroavtobusu ilə toqquşub.

Güclü zərbə nəticəsində mikroavtobusun 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər:





Xəbər lenti