Ləğv edilən avtobuslarla bağlı açıqlama

Ləğv edilən avtobuslarla bağlı açıqlama
  05 May 2015    Oxunub:1960
Bakıda fəaliyyət göstərən 20, 188, 53 nömrəli marşrut avtobuslarının xətləri ləğv edilib.
Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, təkmilləşdirmə işləri ilə əlaqədar olaraq, 14 saylı marşrut xətti 24, 90 saylı marşrut xətti 83, 86 nömrəli marşrutu xətti isə 29 saylı marşrut xətti ilə əvəz olunub.

“124 saylı marşrutun hərəkət sxemi isə “20-ci sahə” adlanan əraziyə qədər uzadılıb. 2 və 193 və saylı marşrut xətti şəhərin mərkəzindən çıxarılıb. 70 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib. 95 saylı marşrut xətti “Xətai” metro stansiyasına qədər qısaldılıb. 120 saylı marşrut xəttinə yeni avtobuslar buraxılıb. Bu cür təkmilləşdirmə işləri yaxın günlərdə də davam etdiriləcək. Ola bilsin Bakı avtovağzalı, Ziya Bünyadov prospekti istiqamətində də müəyyən dəyişikliklər olsun. Biz bu barədə növbəti günlərdə ictimaiyyətə əlavə məlumat verəcəyik”.


Teqlər:





Xəbər lenti