Lavrovdan Xəzərin statusu ilə bağlı önəmli bəyanat

Lavrovdan Xəzərin statusu ilə bağlı önəmli bəyanat
  28 Oktyabr 2016    Oxunub:1780
Rəsmi Moskva Xəzərin hüququ statusu ilə bağlı konvensiyanın Beşinci Xəzər Sammitində imzalanacağına ümid edir.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bu gün Beşinci Xəzər Sammitinə hazırlıqla bağlı fikir mübadiləsi aparmaq istərdim. Biz hamımız bu sammit çərçivəsində Xəzərin hüququ statusu ilə bağlı konvensiyanın imzalanacağına ümid edirik”, - deyə Lavrov İran XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşü zamanı bildirib.

Qeyd edək ki, daha əvvəl rəsmi Moskva Xəzərin hüququ statusu ilə bağlı konvensiyanın 2017-ci ilin əvvəlində imzalanacağını daha real hesab etdiyini bildirmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti