Lavrov prezidentləri görüşdürmək üçün Bakıya gəlir

Lavrov prezidentləri görüşdürmək üçün Bakıya gəlir
  30 İyun 2016    Oxunub:4971
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 4-də İrəvana səfər etdikdən sonra Bakıya gələcək”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, prezidentlər səviyyəsində Dağlıq Qarabağ üzrə növbəti görüşün keçirilib-keçirilməyəcəyi Lavrovun səfərindən asılı olacaq.

Nazir əlavə edib ki, Fransa artıq prezidentlərin görüşünün keçırilməsi üçün yer təklif edib: "Bizim üçün fərqi yoxdur ki, görüş harada keçiriləcək. Əsas odur ki, nəticə olsun".

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 4-də İrəvana səfər edəcək. Nazir səfər zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirlərinin iclasında iştirak edəcək.

İclasda əsas müzakirə mövzusu beynəlxalq terrorçuluqla birgə mübarizə olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti