Lavrov bu gün Fransaya gedir - Gündəm Qarabağdır

Lavrov bu gün Fransaya gedir - Gündəm Qarabağdır
  29 İyun 2016    Oxunub:2555
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Fransaya səfər edəcək. Səfər zamanı Lavrovun fransız həmkarı Jan - Jak Eyro ilə Qarabağı müzakirə edəcəyi gözlənilir.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Zaxarova, nazirin fransalı həmkarı ilə görüş keçirəcəyini vurğulayıb: “Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Ukrayna böhranı və Suriyadakı vəziyyət müzakirə olunacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti