Lavrov İrəvana gedir - Növbəti Qarabağ danışıqları

Lavrov İrəvana gedir - Növbəti Qarabağ danışıqları
  28 İyun 2016    Oxunub:2710
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 4-də Ermənistana səfər edəcək.

AzVision.az xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuta konfransında deyb.

Onun sözlərinə görə, Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzv ölkələrinin XİN başçılarının iclasında iştirak etmək üçün İrəvana gedəcək:

“İclasda nazirlər beynəlxalq və regional problemləri, beynəlxalq arenada birgə əməkdaşlığa dair fəaliyyət prinsiplərini nəzərdən keçirəcək”.

Bundan başqa Zaxarova Sergey Lavrovun bu gün Fransaya səfərə gedəcəyini xatırladıb. O, əlavə edib ki, səfər zamanı S. Lavrov fransalı həmkarı ilə öncə Suriya və Ukraynadakı mövcud durumu, eyni zamanda Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını müzakirə edəcək:

“Həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya və Fransanın XİN rəhbərləri iyunun 29-da keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər. May ayında Vyanada, iyun ayında isə Sankt-Peterburqda keçirilən görüşlərin nəticələri barədə fikir mübadiləsi aparılacaq”.

O, əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunun öz müzakirə formatı var: "Münaqişənin tarixini, həssaslığını nəzərə alaraq, daim bu mövzuda şərhlərin olmasını anlayırıq. Amma izah, polemika və ya məsələni ictimaiyyət arasında müzakirəyə çıxarmağın fərqi var. Bu, çətin məsələni həll etmək üçün müxtəlif mexanizmlər - sammitlər, ikitərəfli və çoxtərəfli formatda görüşlər və s. mövcuddur".

AzVision.az


Teqlər:  





Xəbər lenti