Lavrov İlham Əliyevi hərbi sərgiyə dəvət etdi

Lavrov İlham Əliyevi hərbi sərgiyə dəvət etdi
  02 Sentyabr 2015    Oxunub:1988
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyevi bu ölkədə keçiriləcək “Arms Expo-2015” sərgisinə dəvət edib.

Bu barədə AzVision.az `TASS` agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən Azərbaycana səfər edən Lavrov prezident İlham Əliyevlə görüşündə sərgidə iştirakla bağlı dəvətnaməni ona təqdim edib. “Azərbaycanlı dostlarımızın sentyabr ayında Sverdlovskda keçiriləcək və hərbi-texniki məhsullarımızın sərgilənəcəyi “Russia Arms Expo-2015” sərgisində iştirak edəcəyinə ümid edirik”, - deyə bildirib.

Xatırladaq ki, “Russia Arms Expo-2015” sərgisi 9-12 sentyabr tarixlərində Nijni Tagildə keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti