Lavrov Bakı səfərindən öncə diplomatlarla görüşəcək

Lavrov Bakı səfərindən öncə diplomatlarla görüşəcək
  01 Sentyabr 2015    Oxunub:2063
Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər etməmişdən öncə 1 sentyabr - Bilik günü ilə əlaqədar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) tələbələri – gənc diplomatlarla görüşəcək.
Bu barədə AzVision.az `TASS` agentliyinə istinadən xəbər verir.

Bu institutun məzunu olan Lavrov birinci kurs tələbələri ilə birgə təhsil müəssisəsinin himnini oxuyacaq. İnstituta həsr olunan mahnını Lavov 1999-cu ildə yazıb. Sonradan Lavrovun tələbə yoldaşı, MDBMİ-nin rektoru Anatoli Torkunovun təşəbbüsü ilə mahnı institutun himninə çevrilib.

Hər il tələbələrlə görüşü zamanı Lavrov dünya gündəmində olan məsələlərdən danışır, Rusiyanın mövqeyini aydınlaşdırır və tələbələrin suallarını cavablandırır.

Qeyd edək ki, bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayır.

Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlər, əməkdaşlıq perspektivləri, regionda gedən proseslər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.

Lavrovun səfəri zamanı azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti